Sənin geniş qucağına atılım,
Mavilənim, dalğalara qatılım.
Təmizlənim, unudum dərd-sərimi,
Bir doyunca seyr edim vətənimi.
*
Göy ləpələr ürək kimi döyünsün,
Axşam üstü sis-dumana bürünsün.
Göyün üzü üfüqlərə boyansın,
Mənim yatmiş xəyallarım oyansın.
*
Sularında sonalanım, durulum,
Mən hüsnünə dönə-dönə vurulum.
Təmizlənim, unudum dərd-sərimi,
Bir doyunca seyr edim vətənimi.
2002, Zaqulba
0 Responses
Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.
You must be logged in to post a comment.