Skip to content


Metro

Metroya girirəm halı pərişan.
Nə qədər adam var… Saysız-hesabsız.
Qatarlar şütüyüb ötür yanımdan,
Hər kəs öz işində sorğu-sualsız.
*
Eşikdə qarli qış, burda qaranlıq,
Nə soyuq, nə zülmət qəlbimə yatmır.
Yerin altındakı süni yaraşıq
Niyəsə könlümü açıb-ağartmır.
*
Taqqıltı, şaqqıltı, işıqlar rəng-rəng,
Qulaq eşitməyir ağız deyəni.
Gözlərim yol çəkir, bu səs, bu ahəng
Elə bil Bakıya qaytarır məni.

2003, Moskva

Сохранить в:

  • Twitter
  • email
  • Facebook
  • Google Bookmarks
  • Yandex
  • Add to favorites
  • BlinkList
  • Digg
  • LinkedIn
  • MySpace
  • PDF
  • Print
  • Yahoo! Bookmarks

Posted in Личное, Творчество.

Tagged with .


0 Responses

Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.

You must be logged in to post a comment.