Skip to content


Dünya

Haqqın, ədalətin yolun itirib,
Gül-çiçək yerinə qanqal bitirib.
Təpəgöz övladlar doğub-yetirib
Özü öz başından keçibdi dünya.

İgid oğulları qoyubdu naçar,
Bizi eləyibdi pis dərdə düçar.
Bu bağlı tilsimi görən kim açar?
Sirrini kimlərə deyibdi dünya.

Mərdlərin qovğada qoyub başını,
Namərdə yedirir bayram aşını.
Salır başımıza ağır daşını
Deyəsən əyri yol seçibdi dünya.

Sınağamı çəkir, yoxsa, zülm edir –
Yalanın əlindən tutub yeridir.
Fələk saydığının əksinə gedir
Özünü Allahmı bilibdi dünya?

İmanı tapdayıb atmaq istəyir,
Halalı harama qatmaq istəyir,
Deyəsən, axıra çatmaq istəyir
Gümanını əldən veribdi dünya.

Özü əkdiyini biçə də bilmir,
Kor olub, yolunu seçə də bilmir,
Qurduğu tələdən qaça da bilmir,
Tanrı qəzəbinə keçibdi dünya.

Babaların ruhu, göstər bizə yol!
Müqəddəs vuruşda arxa-dirək ol.
Amandır, ay Tanrı, özün kömək ol!
Görürsən, qarışıb itibdi dünya.

1993, Altağac

Сохранить в:

  • Twitter
  • email
  • Facebook
  • Google Bookmarks
  • Yandex
  • Add to favorites
  • BlinkList
  • Digg
  • LinkedIn
  • MySpace
  • PDF
  • Print
  • Yahoo! Bookmarks

Posted in Личное, Творчество.

Tagged with .


0 Responses

Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.

You must be logged in to post a comment.